"Bu baş versə, nüvə partlayışından da güclü fəlakət olacaq" - XƏBƏRDARLIQ


"İran-İraq müharibəsi zamanı "Buşehr" Atom Elektrik Stansiyasına hücum olunmuşdu. Həmin vaxt raket reaktorun qabığını deşmişdi, lakin içəridə yanacaq yox idi. Növbəti mümkün zərbə, nüvə bombası partlayışından daha ciddi radioaktiv çirklənməyə səbəb ola bilər. Lakin reaktorun özü partlaya bilməz".

Turkustan.az xəbər verir ki, bunu RİA Novosti-yə MAQATE-nin baş direktorunun müavini Mixail Çudakov bildirib.

“Stansiyalar hərbi əməliyyatlardan qorunmur. Müasir raketlər reaktorun hermetik qabığına - mühafizə zonasına nüfuz etməyə qadirdir. AES-ə hücum nüvə partlayışına yox, ərazinin çirklənməsinə səbəb olacaq. Layihələr reaktivliklə bağlı insidentləri istisna edir. Sonuncu belə hal Çernobılda baş verib. AES atom bombası kimi partlaya bilməz, lakin çirklənmə olacaq və bu, hətta nüvə partlayışı zamanı olan çirklənmədən də böyük ola bilər,” – deyə Çudakov bildirib.

O, əlavə edib ki, mühafizə zonası daxili qəzalardan qorunmaq və yanacaq əriməsi halında sızmanın qarşısını almaq üçün nəzərdə tutulub. Lakin bu quruluş hərbi zərbələrə qarşı müdafiə funksiyası daşımır. Onun sözlərinə görə, bu, nüvə energetikasının azsaylı, lakin ciddi çatışmazlıqlarından biridir.

Çudakov həmçinin xatırladıb ki, "Buşehr" AES-i artıq İran-İraq müharibəsi dövründə hücuma məruz qalıb:

"O zaman raket reaktorun qabığını deşmişdi, lakin içəridə yanacaq yox idi. Tikinti hələ başa çatmamışdı və layihə alman şirkəti tərəfindən yarımçıq qoyulmuşdu. Sonradan Rusiya avadanlıqları mövcud dizayna uyğunlaşdırldı və stansiya tamamladı". /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ