İsrail daha neçə gün dözə bilər? ABŞ mətbuatından ŞOK İDDİA


İsrail-İran müharibəsinin 7-ci günü qanlı toqquşmaların şahidi olub.

Turkustan.az xəbər verir ki, İran İsrailin nüvə obyektlərinə hücumuna Tel-Əvivin hər nöqtəsini raketlərlə vurmaqla cavab verdi. 271 nəfərin yaralandığı hücumlardan sonra ABŞ mətbuatından trend gündəm yaradacaq bir iddia gəldi. İsrailin hazırkı raketdən müdafiə qabiliyyətinin yalnız 10-12 gün davam edəcəyi iddia edilirdi.

ABŞ prezidenti Donald Tramp İrana "nüvə proqramını dərhal dayandırmaq" üçün sərt ultimatum versə də, hələ ki, birbaşa hərbi müdaxilə ilə bağlı qərar qəbul etməyib. ABŞ-ın müharibəyə qatılıb-qatılmayacağı bəlli olmasa da, “İsrailin hazırkı raketdən müdafiə qabiliyyətinin yalnız daha 10-12 gün davam edəcəyi” iddia edilir. İsrail mənbələri "400 İran raketindən yalnız 35-nin hədəflərini vurduğunu və 90 faizdən çox müvəffəqiyyət əldə etdiyini" iddia etsə də, mövcud vəziyyət hərbi uğurdan danışmağı çətinləşdirir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ