İsraildən ŞOK AÇIQLAMA: “Biz İrana dağıdıcı zərbə vurduq, son zərbəni isə ABŞ vuracaq”


İsrail İrandakı Fordo Nüvə Mexanizminə hücumlarında istədiyi nəticəni əldə edə bilmədikdən sonra gözlər yenidən ABŞ-a çevrildi.

Turkustan.az xəbər verir ki, baş nazir Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampa obyekti tamamilə dağıtması üçün təzyiq etdiyi üzə çıxıb. Obyektin məhv edilməsi üçün İsrailin “bunker buster” bombalarına ehtiyacı olduğu halda, bu əməliyyatın yalnız ABŞ-ın birbaşa iştirakı ilə mümkün olacağı vurğulanıb.

New York Times qəzetinin yazdığına görə, İsrailin hədəfində olan , lakin hücumlardan təsirlənməyən Fordo Nüvə Təsisatı adi bombalarla zərərsizləşdirilə bilməz. Buna görə də, ABŞ-ın B-2 bombardmançılarından atılan “Massive Ordnance Penetrator” (MOP) adlı bunkerləri məhv edən bombaların istifadəsi tələb olunur. Lakin bu sursat yalnız ABŞ ordusunda mövcuddur.

ABŞ prezidenti Donald Trampın G-7 Sammitini qəfil tərk etməsi İsrailin İrana qarşı əməliyyatları birbaşa dəstəkləyəcəyi ilə bağlı iddiaları gücləndirib. Trampın sammitdən sonra “Buradan ayrılan kimi bir şey edəcəyik” deməsi bölgədə yeni hücuma işarə kimi şərh edilib. İsrail rəsmiləri açıq şəkildə bəyan edirlər ki, Fordo üçün Tramp administrasiyasından “əməliyyat dəstəyi” gözləyirlər. İsrail ordusunun sözçüsü Əl-Cəzirə telekanalına deyib: “Biz iranlılara dağıdıcı zərbə vurduq, lakin son zərbəni ABŞ vuracaq”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ