Putin və Pezeşkian nədən danışdılar?


Vladimir Putin və İran prezidenti Məsud Pezeşkin arasında telefon söhbətində İsrail-İran qarşıdurması əsas mövzu olub.

Turkustan.az irib-ə istinadla xəbər verir ki, Rusiya prezidenti İslam Respublikasına təcavüzü pisləyib, bir sıra hərbçi və nüvə alimləri, habelə mülki şəxslərin ölümü ilə bağlı başsağlığı verib, İran hökuməti və xalqına rəğbətini bildirib.

Rusiya prezidenti bu təcavüzlərlə bağlı narahatlığını İsrail hakimiyyətinə orqanlarına çatdırdığını bildirib və əlavə edib: "Bu təcavüz beynəlxalq qayda və qanunların açıq şəkildə pozulmasıdır. Rusiya gərginliyi dayandırmaq üçün vasitəçilik etməyə hazırdır".

Məsud Pezeşkian İran dövlətinin öz nüvə silahı yaratmaq niyyətində olmadığını bir daha bəyan edib. /Yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ