İsrailin hüquq təşkilatı Adalah tərəfindən edilən açıqlamada, Ramle şəhərindəki Givon həbsxanasındakı immiqrasiya məhkəməsinin dünən gecə 8 fəalın saxlanmasına dair qərarının "qanunsuz" olduğu vurğulanıb.
Turkustan.az xəbər verir ki, məhkəmə fəalların deportasiya olunmayacağı təqdirdə iyulun 8-də yenidən məhkəmə qarşısına çıxarılmasına qərar verib.
İsrail qüvvələrinin zorla müdaxilə edərək gəmidə olan 12 nəfəri saxlamasının “beynəlxalq hüquq çərçivəsində fundamental hüquqların pozulması” olduğu vurğulanıb.
Qəzzaya humanitar yardım gətirmək üçün yola çıxan fəalların İsrailə girməyə cəhd etmədikləri, planlaşdırdıqları marşrutun Siciliyadan başlayaraq beynəlxalq sular, yəni Fələstin Dövlətinin ərazi suları üzərindən birbaşa Qəzzaya getməsi olduğu vurğulanıb.
Sərbəst buraxılmaları tələb edilən səkkiz fəalın Qəzzada humanitar yardım missiyasını davam etdirmək üçün ya Madlinə göndərilməli , ya da sağ-salamat öz ölkələrinə geri göndərilməli olduğu bildirilib.
Adalah vəkillərinin etirazını rədd edən immiqrasiya məhkəməsinin qərarında Qəzza zolağının dəniz blokadasının İsrail qanunlarına görə qanuni olduğu və könüllülərin bilərəkdən onu pozmağa çalışdığı iddia edilib.
Aytən Yaşar/ Turkustan.az