Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bildirib ki, ölkəsi ilə Hindistan arasında Kəşmir sərhədinin demarkasiyası üçün imzalanan Simla sazişi Yeni Dehlinin birtərəfli hərəkətləri səbəbindən “öz əhəmiyyətini və tətbiq oluna bilənliyini itirib”.
Turkustan.az xəbər verir ki, Geo News-a danışan Asif iki ölkə arasında gərginliyi artıran Kəşmir bölgəsində faktiki sərhəd olan Nəzarət Xəttinin ikitərəfli razılaşma olmadığı təqdirdə atəşkəs xəttinə çevrilə biləcəyini bildirib.
Asif bildirib ki, 1971-ci il müharibəsindən sonra Kəşmir bölgəsində Nəzarət Xəttinin çəkilməsi üçün Pakistan və Hindistan arasında 1972-ci ildə imzalanan Simla Müqaviləsi, Yeni Dehli ilə bir sıra artan gərginliklərdən sonra dəyərini itirib.
Asif Hindistanın təktərəfli hərəkətləri səbəbindən Simla müqaviləsinin "əhəmiyyətini və tətbiq oluna bilmə qabiliyyətini" itirdiyini bildirib və Yeni Dehli ilə İslamabad arasında gərginliyin davam etdiyi müddətcə iki ölkə arasındakı razılaşmaların heç bir mənası olmayacağını vurğulayıb.
Müqavilə ilə bağlı bütün qərarların hər iki tərəfin qarşılıqlı razılığı ilə verilə biləcəyini vurğulayan Asif Hindistanın “Hind Suları Müqaviləsi”ni birtərəfli qaydada dayandıra bilməyəcəyini deyib.
İslamabad hökuməti bundan əvvəl Hindistanla 1971-ci il müharibəsindən sonra imzalanmış və tərəflər arasında Nəzarət Xəttinin yaradılmasını nəzərdə tutan Simla sazişini dayandıra biləcəyinə eyham vurmuşdu.
1972-ci ildə Hindistan və Pakistan arasında imzalanan Simla sazişi ilə qurulan Nəzarət Xətti Kəşmiri Hindistan və Pakistanın nəzarəti altında olan ərazilərə bölür.
Aytən Yaşar/ Turkustan.az