Vaqner elan etdi: Bu ölkədən geri çəkilirik


Rusiyanın muzdlu qruplaşması "Vaqner" üç ildən artıqdır fəaliyyət göstərdiyi Malidən çəkildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Malidə silahlı qruplarla mübarizədə ölkənin bütün bölgə mərkəzlərinin yenidən Mali hərbi idarəsinin nəzarətinə götürüldüyü bildirilən açıqlamada üsyançı qüvvələrin geri çəkildiyi və bir çox komandirin zərərsizləşdirildiyi bildirilib.

Milli mətbuatda yer alan xəbərlərə görə, Vaqnerin geri çəkilməsi Rusiyanın ölkədəki varlığının sona çatması və Vaqnerdən sonra Rusiyanın dəstəklədiyi yeni paramiliter birləşmənin - Afrika Korpusunun Malidəki fəaliyyətini öz üzərinə götürməsi demək idi.

Sahel bölgəsində "üç ölkənin sərhədi" kimi tanınan Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl Qaidə və İŞİD terror təşkilatına bağlı qrupların hücumlarına məruz qalıb.

Mali son illərdə terror təşkilatı Əl-Qaidə və İŞİD terror təşkilatına bağlı qruplarla mübarizə aparır. Hərbçilər mülki hökumətin təhlükənin öhdəsindən gələ bilmədiyi tənqidindən sonra hakimiyyəti ələ keçirib.

Fransa təhlükəsizliyi təmin etmək üçün 2013-cü ildə Maliyə qoşun göndərdi, lakin 2022-ci ildə qoşunlarını geri çəkdi. Fransız əsgərləri gedəndən sonra hərbi rəhbərlik Rusiyada yerləşən Vaqner Qrupu ilə əməkdaşlıq etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ