Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya və Ukrayna arasında danışıqların yeni raundunun tarixi memorandum layihəsi qiymətləndirildikdən sonra müəyyənləşəcək.
Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərlə cari məsələləri müzakirə edib.
Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsinin nə vaxt keçiriləcəyi ilə bağlı sualı cavablandıran Peskov iki tərəfin bir-birinə memorandum layihələri təqdim etdiyinə diqqət çəkib.
"Aydındır ki, bu layihələrə baxılması üçün vaxt lazımdır. Danışıqların yeni raundunun tarixi tərəflər hazır olduqdan sonra müəyyən olunacaq", - Peskov bildirib.
Həftə sonu Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə Rusiya hərbi hava limanlarına təşkil etdiyi hücumlara toxunan Peskov hadisə ilə bağlı istintaqın davam etdiyini ifadə edərək: "Cinayətin açılması üçün nə lazımdırsa ediləcək" deyib.
Aytən Yaşar/ Turkustan.az