Xamenei ABŞ-ın təklifini rədd etdi


İranın ali dini lideri Əli Xamenei ABŞ-ın İranın uranın zənginləşdirilməsi üzrə fəaliyyətini tamamilə dayandırmasını nəzərdə tutan təklifini rədd edib.

Turkustan.az xəbər verir ki, İran inqilabının banisi Ruhullah Xomeyninin vəfatının 36-cı ildönümü münasibətilə keçirilən mərasimdə Xamenei ABŞ ilə nüvə danışıqları prosesi, regional və beynəlxalq məsələlərlə bağlı açıqlamalar verib.

İranın uranın zənginləşdirilməsi fəaliyyətlərinin tamamilə dayandırılmasını ehtiva edən ABŞ-ın nüvə razılaşması təklifini "milli müstəqillik" üçün təhlükə kimi qiymətləndirən Xamenei: "ABŞ-ın nüvə məsələsində təqdim etdiyi plan "biz bunu bacararıq" zehniyyətinə 100% ziddir. Milli müstəqillik o deməkdir ki, bir ölkənin ABŞ-dan yaşıl və ya qırmızı işığın yanmasını gözləməməlidir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ