Paşinyandan Qarabağ barədə təxribatçı suala təpki: Bu nə düşüncədir?


“Tələbə vaxtımda olan fikirlərimdə qalsaydım, bu o demək olardı ki, mənim dünyagörüşüm yerində, mən də kursda qalmışam”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvan Dövlət Universitetində bir tələbinin Qarabağ və qondarma erməni soyqırımı ilə bağlı mövqeyinə dair sualını cavablandırarkən deyib.

Ermənistan hökumətinin başçısı tələbənin təxribatçı sualına belə cavab verib:

“Tələbə vaxtımda olan fikirlərim indi qalsaydı, bu, dünyagörüşüm və üfüqümün inkişaf etmədiyi demək olardı. Bu o demək olardı ki, beşinci kursda olsam da, hələ də (dünyügörüş olaraq) üçüncü kursda qalmışam. 2025-ci ildə də dünyanı tam olaraq bugünkü kimi düşünmək və qavramaq istəyirsiniz? Bu, sizin seçiminiz və qərarınızdır, amma ən azı bu prizmadan düşünməyinizi xahiş edərəm”./teleqraf


MANŞET XƏBƏRLƏRİ