ABŞ və Çin arasındakı münasibətlər Tramp dövründən sonra artan gərginlik fonunda davam edir.
Turkustan.az xəbər verir ki, Tramp Truth Social-da yazıb: "Çin Prezidenti Xi-ə hörmətim var, həmişə olub və olacaq, lakin onunla müqavilə bağlamaq çox çətindir”.
İki ölkə arasında başlayan “ticarət müharibəsi” sonradan razılaşmaya çevrilsə də, keçən həftə Trampın açıqlaması ilə proses yenidən alovlandı.
Çinin onlarla bağladığı ticarət razılaşmasını tamamilə pozduğunu iddia edən Tramp: "Nəzakətli adam olmaq buraya qədərmiş" ifadəsini vermişdi.
Ötən həftə ABŞ-ın müdafiə naziri Pete Hegseth Çinin Asiya Sakit Okeandakı status-kvonu dəyişmək niyyətində olduğunu bildirərək, “Çinin yaratdığı təhlükə realdır” demişdi.
Aytən Yaşar/ Turkustan.az