Bişkekin Pervomayski Rayon Məhkəməsi Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevi bir sıra cinayətlər törətməkdə təqsirli bilib və qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib.
Turkustan.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri məhkəmə zalından məlumat verib.
Atambayev Çuy vilayətinin Koy-Taş kəndində qanunsuz torpaq sahələri əldə etməkdə, həmçinin Bişkek İES-in modernləşdirilməsi zamanı korrupsiyada və avqustun 7-8-də Koy-Taş kəndində kütləvi iğtişaşların təşkilində təqsirli bilinib. Sabiq prezident əmlakı müsadirə olunmağa və bütün dövlət mükafatlarından məhrum edilib.
Aytən Yaşar/ Turkustan.az