Məsciddə Quranı yandıran şəxs Fransadan qaçıb


Fransanın Rhone əyalətinin Villeurbanne şəhərində bir nəfərin məscidə daxil olaraq orada Quran yandırdığı, sonra isə qaçdığı bildirilib.

Turkustan.az xəbər verir ki, Rhone Məscidləri Şurası (CMR) tərəfindən edilən yazılı açıqlamada, 2 iyunda Villeurbanndakı Errahma məscidinin müsəlmanlara qarşı (İslamofobik) aksiyanın hədəfi olduğu bildirilib.

Açıqlamada bir nəfərin yerli vaxtla saat 03.45 radələrində səhər namazına 20 dəqiqə qalmış məscidə girərək Quranı yandırdığı bildirilib.

Bəyanatda sözügedən şəxsin yandırdığı Qurani-Kərimi məscidin qarşısında qoyub qaçdığı qeyd edilib və əlavə edilib: "Bu alçaq hərəkət nifrətə əsaslanan silsilə hücumların bir hissəsidir. Bu hərəkət Fransada müsəlman vətəndaşlara qarşı narahatlıq doğuran və getdikcə artan düşmən mühiti açıq şəkildə nümayiş etdirir".

Bəyanatda Qurani-Kərimə qarşı edilən bu hörmətsizlik pislənilib və aidiyyatı orqanlardan hadisəni törədənin müəyyən edilərək barəsində qanuni işin başlanması tələb olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ