Hakan Fidan Kiyevdə bəyan etdi: Ukraynanın NATO-ya üzv olması…


NATO daxilində fərqli baxışlar var və Ukraynanın gələcək üzvlük perspektivləri ilə bağlı konsensus yoxdur.

Turkustan.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Bu barədə o, Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında danışıb.

"Ukrayna kontekstində NATO məsələsi alyans daxilində uzun müddətdir davam edən müzakirədir. Fərqli baxışlar və parametrlər var, xüsusən də müharibənin davam etməsi ilə bağlı reallıqları nəzərə alsaq, bu məsələdə NATO daxilində konsensus yoxdur və üzv ölkələrin fərqli yanaşmaları var", - Fidan bildirib.

O əlavə edib ki, NATO-nun kollektiv təhlükəsizlik forması var və hansı əməkdaşlıq formasının Ukrayna üçün daha faydalı olacağını öyrənmək lazımdır, çünki burada Avropa, ABŞ və Türkiyənin mövqeləri var.

“Rusiyadakı danışıqlar zamanı bu məsələ gündəmdə deyildi”, - nazir qeyd edib.

Məlum olduğu kimi, Rusiya Ukraynanın NATO-ya qoşulmasının qəti əleyhinədir və bunu Ukraynaya ultimatumlardan biri kimi irəli sürür.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq iddia edir ki, Tramp Putinə Ukraynanın NATO-ya üzv olmayacağına dair söz verməyə hazırdır./publika.az


MANŞET XƏBƏRLƏRİ