İddialara görə, Rusiyanın Ukraynadan sonrakı hədəfi Litvadır.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş Baş Qərargah rəisi David Petreus açıqlama verib.
“Rusiyanın məqsədi Ukrayna lideri Vladimir Zelenskini vəzifəsindən uzaqlaşdırmaq və bir "kukla" liderdən istifadə edərək bütün Ukraynaya nəzarəti ələ keçirməkdir. Bunu etdikdən sonra Rusiya Baltikyanı ölkəyə hücum edə bilər. Diqqətlə dinləsəniz, tez-tez Litvanın adını çəkirlər", - deyə Petreus qeyd edib.
O, Rusiya prezidenti Vladimir Putinə davamlı olaraq ikinci şans verdiyini iddia etdiyi ABŞ prezidenti Donald Trampı da tənqid edib.
Petreus Trampın iki həftə ərzində fərqli yanaşma ilə hədələdiyini xatırladaraq, "Bu dəfə nə olacağını görəcəyik" deyib./publika.az