Dövlət sərhədində müşahidə edilən pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.
Turkustan.az Dövlət Sərhəd Xidmətinə istinadla xəbər verir ki, hadisə "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində baş verib.
Narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilib.
Hadisə yerinə baxış zamanı ümumi çəkisi 6 kiloqram 600 qram narkotik vasitə marixuana götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.