Rusiya Xarkov şəhərini belə vurdu - FOTO/VİDEO


Mayın 30-na keçən gecə Rusiya ordusu Xarkov şəhərinin Slobodski rayonunda trolleybus deposunu vurub.

Turkustan.az xəbər verir ki, 18 trolleybus və 33 yaşayış binasına ziyan dəyib, müəssisənin iki əməkdaşı xəsarət alıb.

Bu barədə Xarkov şəhərinin meri İqor Terexov məlumat verib. Merin sözlərinə görə, düşmən şəhər trolleybuslarının təmir və texniki xidmət göstərdiyi depolardan birinə səkkiz “Şəhid”lə zərbə endirib.

"Nəqliyyatın böyük hissəsini şəhər ətrafında əvvəlcədən paylamışdıq - bu, bizi əhəmiyyətli dərəcədə böyük itkilərdən xilas etdi. Amma təmir olunan texnikaya zərbə dəydi: bir trolleybus tamamilə sıradan çıxdı, digər 18-i isə müxtəlif dərəcəli zədə alıb", - mer bildirib.


MANŞET XƏBƏRLƏRİ