Məsud Pezeşkian yenə şeir oxudu, “duman” sözünü tərcümə edə bilmədi - VİDEO


İran prezidenti Məsud Pezeşkian Omanda rəsmi səfərdə olarkən bu ölkədə yaşayan iranlılarla görüş keçirib.

Turkustan.az xəbər verir ki, həmin görüşdə o, ustad Məhəmməd Hüseyn Şəhriyarın şeirini oxuyub.

Heydərbaba, göylər bütün dumandı,

Günlərimiz bir-birindən yamandı,

Bir-birizdən ayrılmayın, amandı,

Yaxşılığı əlimizdən alıblar,

Yaxşı bizi yaman günə salıblar!

Azərbaycan türkcəsi ilə oxunan şeiri fars dilinə çevirərkən Məsud Pezeşkian çətinlik çəkib.

İran prezidenti “duman” sözünün mənasını tapmaq üçün zalda toplaşan şəxslərdən kömək istəyib. Sonda bu türk sözünə fars dilində uyğun bir qarşılıq tapılmayıb.

/yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ