Putin yardım qarşılığında Kim Çenə nələri verib? - Teleqraf


Şimali Koreya Ukraynaya qarşı müharibəyə kömək etmək üçün Rusiyaya minlərlə hərbçi göndərib. Bu cür dəstəyin müqabilində Moskva Pxenyana müasir hava hücumundan müdafiə sistemi yollayıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Teleqraf” məlumat yayıb.

Qeyd olunur ki, ötən ilin sonunda KXDR Rusiyadan ən azı bir “Pantsir” zenit-raket kompleksi alıb. BMT-yə üzv 11 dövlət tərəfindən yaradılan Çoxtərəfli Sanksiya Monitorinq Qrupunun (MSMT) hesabatında deyildiyi kimi, ruslar koreyalılara elektron müharibə sistemləri göndərib, o cümlədən digər növ hərbi dəstək də göstəriblər.

Bildirilir ki, bu kimi addımlar ötən il iki ölkə liderlərinin strateji əməkdaşlıq sazişi imzalamasından sonra Moskva və Pxenyan arasında hərbi əməkdaşlığın dərinləşdiyini göstərir. Üstəlik, ruslar koreyalılara raketlərin xüsusiyyətlərini yaxşılaşdırmaqda da yardım ediblər. /axar.az/


MANŞET XƏBƏRLƏRİ