İrana hücum mesajı verildi: Nüvə obyektlərini vurmalıyıq


İran və ABŞ arasında nüvə razılaşmasının əldə olunmasının mümkünlüyü ilə bağlı nikbinlik var.

Turkustan.az xəbər verir ki, bu barədə “Al Monitor” ABŞ və regional mənbələrə istinadla məlumat yayıb.

Regional mənbə portala deyib: “İranın nüvə proqramı ilə bağlı atmosfer müsbətdir, görünür, Birləşmiş Ştatlar uranın zənginləşdirilməsi ilə bağlı bir həll təklif edib”.

Bununla belə, “Yedioth Ahronoth” qəzetinin yazdığına görə, İsrail rəsmiləri bildiriblər ki, Tehran nüvə proqramını ləğv etməkdən imtina etdiyi üçün ABŞ və İran arasında yaxşı nüvə razılaşması mümkün deyil.

İsrailin yüksək səviyyəli təhlükəsizlik rəsmiləri hesab edirlər ki, İranın nüvə obyektlərinə zərbə endirilməsi həm mümkün, həm də zəruridir.

Öz növbəsində, “Maariv” qəzeti İsrailin güc strukturlarının rəhbərlərinin keçirdiyi gizli görüş barədə məlumat yayıb. Görüşdə İsrailin İrana əvvəlcədən xəbərdarlıq edilmədən mümkün hücumuna və ya İranın İsrailə hücumuna hazırlıq müzakirə olunub. “Maariv”in mənbələrinin hesablamalarına görə, İrana hücum olacağı təqdirdə döyüşlər naməlum müddətə davam edə bilər. /Teleqraf/


MANŞET XƏBƏRLƏRİ