Xarici işlər naziri Hakan Fidan Ukraynaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Andriy Sibiha ilə görüşüb.
Turkustan.az xəbər verir ki, təkbətək görüşdən sonra nümayəndə heyətləri arası görüş keçirilib.
İki nazir görüşdən sonra açıqlamalar verib. "Bu səfəri daha yaxşı günlərdə burada olmaq ümidi ilə edirəm. Moskvadan buraya gəldim və müşahidələrimi bölüşdüm. Bu gün məni cənab Zelenski qəbul edəcək". Nazir Fidanın bu sözlərlə başlayan açıqlamalarında diqqət çəkən məqamlar belədir:
"İstanbulda keçirilən danışıqlar diplomatik həll axtarışlarına yeni ölçü əlavə etdi. Atəşkəs və sülhün əldə olunması ilə bağlı gözləntilər artıb. Biz İstanbul danışıqlarını yeni başlanğıc kimi qiymətləndiririk. İstanbulda əldə olunan mübadilə razılaşmasının sürətlə başa çatması danışıqların konkret nəticələr verə biləcəyini sübut etdi.
Rusiya-Ukrayna müharibəsində biz ya bu müharibənin davam etməsinə göz yumacağıq, ya da bu il ərzində davamlı sülhə nail olacağıq. Biz hesab edirik ki, İstanbulda keçirilən danışıqların Tramp, Putin və Zelenskinin cənab Ərdoğanın ev sahibliyi ilə bir araya gəlməsi ilə taclanması mümkündür”.
Aytən Yaşar/ Turkustan.az