Bakıda 1845 manata satılan köynək gülüş yaratdı – FOTO


Brend məhsulların qiyməti zaman-zaman cəmiyyətdə müzakirələrə səbəb olur. Məşhur “Balenciaga” markasının yeni dizayn etdiyi bir köynək də bu baxımdan diqqət çəkib. 1845 manata satışa çıxarılan geyimin təkcə qiyməti deyil, görüntüsü də gülüş obyektinə çevrilib. Sosial şəbəkələrdə “Bunu mənə pulsuz versələr belə, əski kimi istifadə etmərəm, qaldı ki, geyinim”, “1 manata da almaram”, “Belə köynəklə yer silirəm”, “Elə bil siçan yeyib” və sair kimi rəylər yazılıb. Bildirilir ki, artıq insanlar bəzi brend məhsulların qiyməti ilə təqdim olunan dizaynı arasında balans görmür və bu da ictimaiyyətin ironik yanaşmasına gətirib çıxarır.

Ölkəmizdə bu sahəyə nəzarət mexanizmi varmı?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, dövlət geyim məhsullarının qiymətini tənzimləmir:

natiq ceferli real 2

Natiq Cəfərli

“Bu sahədə dövlətin nəzarət edə biləcəyi iki əsas istiqamət var. Şirkətlərin və ya mağazaların satışdan əldə etdiyi gəlirlərdən vergi ödənilməsi, həmçinin, insan sağlamlığına zərər verə biləcək məhsulların satışına icazə verilməməsi. Brend məhsulların qiymətləri ilə bağlı vəziyyət bütün dünyada oxşardır. Yəni mağaza məhsulu istədiyi qiymətə sata bilər. Təbii ki, imkanı olan şəxs daha baha qiymətə olan məhsulu alacaq. Bu məsələdə əsas məsuliyyət vətəndaşların üzərinə düşür. Onlar bilməlidirlər ki, brend məhsul almaq mütləq keyfiyyət demək deyil. Çünki “brend = keyfiyyət” anlayışı artıq uzun müddətdir ki, reallığı əks etdirmir. Brend məhsulların 90 faizindən çoxu Çində eyni fabriklərdə istehsal olunur”.


MANŞET XƏBƏRLƏRİ