“Axmat” xüsusi təyinatlıları əcnəbi muzdluları əsir götürmürlər, çünki onlar qəsdən Rusiyaya qarşı döyüşməyə gediblər.
Turkustan.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Axmat” xüsusi təyinatlılarının komandanı, general-leytenant Apti Alaudinov bildirib.
“Biz heç vaxt bir əcnəbini əsir götürməmişik, yəni ilkin olaraq belə bir vəzifə qoyulmayıb: Ölkəmizə qarşı döyüşməyə gələn əcnəbi muzdluların bizim qardaşlarımız olduğunu düşünmürəm”, - deyə hərbçi bildirib.
O əlavə edib ki, döyüşməyə məcbur olan ukraynalılardan fərqli olaraq, muzdlular könüllü olaraq Rusiyaya qarşı döyüşməyə gəlirlər, ona görə də onlar yerindəcə məhv edilirlər”.