Tehran Ermənistan və İran sərhədində müdaxilələrə icazə verməyəcək.
Turkustan.az xəbər verir ki, bunu İrəvanda erməni həmkarı ilə görüşdə İslam Respublikasının müdafiə naziri, briqada generalı Əziz Nəsirzadə deyib. Onun sözlərini İran mediası sitat gətirib.
Müdafiə idarəsinin rəisi bir gün əvvəl Ermənistana rəsmi səfərə gəlib.
Onun sözlərinə görə, regionda ərazi bütövlüyü və sərhəd sabitliyinin qorunması İranın siyasətinin dəyişməz prinsiplərindən biridir.
“İran və Ermənistan arasındakı ümumi sərhəd iki xalq arasında tarixi bağdır və Tehran bu sərhəddə heç bir müdaxiləyə imkan verməyəcək”, - deyə o bildirib./publika.az