ABŞ-ın keçmiş prezidenti Co Baydenin komandası seçki kampaniyası zamanı onun dilinin çaşmalarını gizlətmək üçün xüsusi video effektlərdən və montajdan istifadə edib.
Turkustan.az xəbər verir ki, bu barədə "Semafor" nəşri jurnalistlər Aleks Tompson və Ceyk Tapperin nəşr olunmamış “Orijinal Günah” kitabının ilkin nüsxəsini nəzərdən keçirdikdən sonra məlumat yayıb.
“Rəqəmsal video Bayden kampaniyası üçün daimi problem olub. Onun işçiləri Baydenin videolarında tez-tez yavaş hərəkətdən istifadə edirdilər ki, insanlar onun əslində nə qədər yavaş yeridiyini dərk etməsinlər və onun nitqini düzəltmək üçün əlavə redaktədən istifadə ediblər”, - nəşr yazıb.
Qeyd olunur ki, “Orijinal Günah: Prezident Baydenin deqradasiyası, onun ört-basdır edilməsi və yenidən işləmək üçün verdiyi fəlakətli qərarı” adlı kitabın mayın 20-də nəşri gözlənilir./publika.az