İran prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın bəyanatlarını dəyərləndirib.
Turkustan.az xəbər verir ki, Pezeşkian Trampın ziddiyyətli bəyanatlarına işarə edərək, “Biz heç vaxt təhdidlərdən qorxmuruq” deyib.
Pezeşkian ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfəri zamanı verdiyi açıqlamalara sərt reaksiya verib: "Bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə ən qabaqcıl kütləvi qətl vasitələri ilə hədələyir. Siz həm sülh tərəfdarı, həm də öldürücü silahların tərəfdarı ola bilməzsiniz".
Paytaxt Tehranda İran Ordusu Hərbi Dəniz Qüvvələrinin dəniz tədbirində danışan Pezeşkian Trampın bölgədə təhdidlər, etibarsızlıq və ikili rəftar yaydığını bildirib.
Aytən Yaşar/ Turkustan.az