Rusiya Sumini vurdu: Ölənlər var


Ukraynanın Sumi Vilayəti Hərbi İdarəsinin Telegram hesabından edilən yazılı açıqlamada, Rusiya ordusunun bölgənin Bilopillya şəhəri yaxınlığında yolda olan avtobusa PUA ilə hücum etdiyi bildirilib.

Turkustan.az xəbər verir ki, açıqlamada rusların hədəf aldığı avtobusun Sumi şəhəri istiqamətində hərəkət etdiyi və hücum nəticəsində 9 nəfərin həyatını itirdiyi, 4 nəfərin yaralandığı bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ