5 min manat maaşla necə pul yığıb maşın alım? – Səyyad Aran


“Mənim heç vaxt maşınım olmayıb, heç indi də yoxdur. Hər yerə idarənin maşını ilə gedirdim. İndi də Milli Məclisə gedəndə 18 nömrəli avtobusla gedirəm, qayıdanda piyada metroya düşürəm”.

Turkustan.az xəbər verir ki, bunu Modern.az-a müsahibəsində Milli Məclisin deputatı Səyyad Aran bildirib.

S.Aran qeyd edib ki, bəzən tədbirlərə köməkçisinin maşını ilə gedir:

“Mən kiməsə buna görə müraciət edə bilmərəm. Gedib kiməsə deyim, o da bir vəzifəli şəxsə nəsə desin. Lazım deyil belə şeylər. Kimdənsə asılı olmaq mənlik deyil.

Mən Dini Komitədə işlədiyim müddətdə xidməti maşından istifadə etmişəm, başqa heç nə. Deyirsiniz ki, deputatsan. Lap tutaq ki, 5 min manat maaş alıram. Mənim də qayğılarım var, həyat yoldaşım, nəvələrim… Özümün gündəlik, səhhətlə əlaqəli xərclərimiz var. Pulu alırsan, müalicələrə gedir. Mən oradan nə qənaət edib, pul yığıb maşın ala bilərəm?”.


MANŞET XƏBƏRLƏRİ