Adı siyahıda olmayan həkimlər də plastik əməliyyat edə bilərlər – RƏSMİ


“Xüsusi Təftiş Komissiyasının işi nəticəsində Azərbaycan Respublikası ərazisində plastik, rekonstruktiv və estetik cərrahiyyə üçün fəaliyyət göstərməsinə icazə verilmiş 42 plastik cərrah müəyyən olunub”.

Turkustan.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bu məsələ öz həllini tapıb:

“Həmin siyahı ictimaiyyətə çatdırılıb və dərc olunub. Bu siyahıdan kənarda qalmış digər tibb ixtisası daşıyıcıları - ümumi cərrahlar, üz-çənə, burun-boğaz cərrahları üçün öz ixtisasları çərçivəsində plastik və rekonstruktiv cərrahiyyə ilə bağlı müəyyən əməliyyatları icra etməyə icazə verilib.

Bu məsələ qanun çərçivəsində öz həllini tam həllini tapıb. Bu mövzuya bir daha qayıtmaq istəmirəm”./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ