Trampdan yeni açıqlama: Sabah İstanbula gedə bilərəm


ABŞ prezidenti Donald Tramp Dohada verdiyi açıqlamada bu gün İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına toxunub.

Turkustan.az xəbər verir ki, Tramp: “Əgər münasib olarsa, sabah İstanbula gedə bilərəm” deyib.

ABŞ prezidenti Tramp Rusiya prezidenti Vladimir Putinin bu gün keçiriləcək danışıqlara qatılacağı təqdirdə Türkiyəyə gəlmək ehtimalının olduğunu bildirib. Lakin Putinin danışıqlara qatılmayacağı açıqlandıqdan sonra Trampın İstanbula gəlməyəcəyi açıqlanıb.

Digər tərəfdən, ABŞ dövlət katibi Marko Rubionun da Rusiya-Ukrayna danışıqları üçün sabah İstanbula gəlməsi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ