Ukraynanın xarici işlər naziri Andrii Sybiha Türkiyənin dünya diplomatiyasının mərkəzi olduğunu ifadə edərək: "Dünya diplomatiyasının mərkəzi hazırda aktiv vasitəçilik rolunu oynayan Türkiyədədir" deyib.
Turkustan.az xəbər verir ki, X hesabından verdiyi yazılı açıqlamada Sybiha NATO-nun Qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Antalyada xarici işlər naziri Hakan Fidan ilə görüşdüyünü bildirib.
Sybiha bəyan edib ki, Ukrayna olaraq sülh tərəfdarıdır və müharibəni bitirmək üçün tam və daimi atəşkəsə dərhal və qeyd-şərtsiz hazırdır.
Ukrayna və Rusiya arasında ən yüksək səviyyədə birbaşa danışıqlara hazır olduqlarını qeyd edən Sybiha: "Putin atəşkəsi rədd etməyi dayandırmalı və Zelenski ilə görüşdən yayınmamalıdır"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az