Putin Zelenski ilə təkbətək görüşməyəcək: Onun başqa planları var - ŞƏRH


Rusiya Prezidenti Vladimir Putin sabah İstanbula uçmayacaq və uçmağı da planlaşdırmır. Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Türkiyəyə gedəcək Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov və Prezidentin köməkçisi Yuri Uşakov daxildir.

Lakin Zelenski açıqlama verərək, bildirib ki, mən Putinlə görüşmək istəyirəm, əgər o, görüşə gəlmirsə, deməli müharibəni bitirmək istəmir və məndən qorxur.

Bu arada Yaxın Şərqə səfərə çıxan Trampın nümayəndəsi Kelloq da bildirib ki, əgər Putin İstanbula gedəcəksə, Tramp da gedə bilər.

Maraqlıdır görəsən, İstanbulda Zelenski ilə təkbətək görüşmək istəyən Putin niyə anidən qərarını dəyişdi? Zelenski və Trampın görüşlə bağlı israrı onu fikrindən daşındıra biləcəkmi? Turkustan.az olaraq mövzu ilə bağlı suallarımızı politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Ermənistan təxribatlara təhrik edilir

Rusiya-Ukrayna müharibəsi fonunda tərəflər İstanbulda danışlara başlamaq qərarı verib. Düşünürəm ki, Zelenskinin Putinlə təkbətək görüşü Kreml tərəfindən təsdiq edilib. Rusiya tərəfi birbaşa prezidentlər səviyyəsində görüşə hazırdır. Lakin bu zaman Rusiya tərəfi konkret olaraq güzəştə getməlidir, sanki Zelenski Putini çətin vəziyyətə saldı. Bunu belə xarakterizə etmək olar. Düşünürəm ki, Putinin görüşdən yayınması Rusiyanın əleyhinə işləyir. Putin yəqin düşünür ki, əgər danışıqlarda müəyyən irəlləyişlər olarsa, növbəti mərhələlərdə Zelenski ilə görüş keçirə bilər. Amma indiki mərhələdə Putin Zelenski ilə görüşdən yayınır. Bu da Zelenskini bir növ mövqeyini gücləndirmiş olur. Təbii ki, Putin Zelenski və Trampın israrına getməyəcək. Çünki, əgər gedərsə, özünü zəif düşmüş göstərmiş olacaq. Bu nöqteyi nəzərdən Xarici İşlər Nazirinin xüsusi işlər nümayəndəsini görüşə göndərəcək. Yəni Putin hələ ki, Zelenski ilə birbaşa görüşə tələsmir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ