İsrail Ordusu Radiosu bildirib ki, Təl-Əviv rəhbərliyi ABŞ-ın Ankaraya F-35-ləri təhvil vermə ehtimalından narahatdır, çünki bu, Türkiyəyə bölgədə keyfiyyət üstünlüyü verəcək.
Turkustan.az xəbər verir ki, İsrail Ordusu Radiosunun hərbi müxbiri Doron Kadoş, X hesabında etdiyi paylaşımda, Vaşinqton rəhbərliyinin F-35-ləri Türkiyəyə təslim etmə ehtimalına İsrail-ABŞ gərginliyinin yeni odağı olaraq işarə etdi.
Türkiyənin F-35-lərə sahib olmasının İsrailin bölgədəki üstünlüyünü itirməsinə səbəb olacağını qeyd edən Kadoş, Türkiyə ilə İsrailin getdikcə daha çox strateji rəqibə çevrildiyinə diqqət çəkib.
Kadoş: “İsrail ABŞ və Türkiyə yaxınlaşması səbəbindən F-35-ləri satma ehtimalından qorxur” deyib.
Xəbər verildiyi kimi, İsrailin baş naziri Benyamin Netanyahu bu həftə Xarici Əlaqələr və Müdafiə Komitəsinin qapalı iclasında məsələni qaldırıb və İsrailin ABŞ-ın belə bir addımına qəti şəkildə qarşı çıxacağını bildirib.
İsrail Ordusu Radiosunun hərbi müxbiri ABŞ prezidenti Trampın Yaxın Şərq səfəri çərçivəsində Türkiyəyə səfər edə biləcəyi ilə bağlı sözlərini xatırladıb.
Aytən Yaşar/ Turkustan.az