ABŞ prezidenti Donald Tramp ikinci müddətinin ilk rəsmi səfəri çərçivəsində Səudiyyə Ərəbistanına gəlib.
Turkustan.az xəbər verir ki, Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşən Trampın ona təklif olunan kofeni içmədiyi görüntülənib.
ABŞ prezidenti Trampın yanında olan xarici işlər naziri Marko Rubio ona təklif edilən kofeni içərkən Trampın qəhvəni içməməsi diqqət çəkib.
Bildirək ki, Trampın mayın 13-16-da üç ölkəyə Yaxın Şərq turunun ilk mərhələsi olan Səudiyyə Ərəbistanına səfəri zamanı ikitərəfli və regional ticarət, siyasi və hərbi məsələlər müzakirə olunacaq.
Aytən Yaşar/ Turkustan.az