"Putini şəxsən gözləyəcəm" - Zelenski


Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləyəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.

“Biz sabahdan atəşkəs gözləyirik - tam və davamlı, diplomatiya üçün lazımi zəmin təmin edəcək”, - deyə Zelenski qeyd edib.

Onun sözlərinə görə, görüşə şəxsən gedəcək.

"Və mən Putini cümə axşamı Türkiyədə gözləyəcəm. Şəxsən. Mən ümid edirəm ki, ruslar bu dəfə bacara bilməmələrinə bəhanə axtarmayacaqlar", - Zelenski əlavə edib.


MANŞET XƏBƏRLƏRİ