ABŞ prezidenti Donald Tramp ölkədəki mühacirlərə “ABŞ-dan pulsuz uçmağa” icazə verən sərəncam imzalayıb.
Turkustan.az xəbər verir ki, Ağ Evdən edilən açıqlamada, "CBP Ev" tətbiqi və "Evə Pulsuz Dönüş" proqramlarını ehtiva edən icra əmri ilə bağlı təfərrüatlar paylaşıldı.
Bəyanatda qeyd olunub ki, immiqrantların ABŞ-dan “sürətlə ayrılmasını asanlaşdırmaq” üçün “CBP Home” tətbiqi kimi müxtəlif üsullardan istifadə olunacaq.
ABŞ-ı “daimi” tərk edən mühacirlərə verilən bütün uçuşların Federal Hökumət tərəfindən maliyyələşdiriləcəyi, ölkəni könüllü və daimi tərk edən hər kəsə “Çıxış bonusları”nın veriləcəyi bildirilib.
“Truth Social” hesabında paylaşım edən Tramp böyük hərflərlə “Pulsuz uçuşunuzu indi rezerv edin” ifadəsini işlədib.
Aytən Yaşar/ Turkustan.az