Ermənistan yeni silahlarını ortaya çıxardı – FOTO


Ermənistan Afinada keçirilən DEFEA-2025 beynəlxalq sərgisində iki yeni atıcı silah modelini nümayiş etdirib.

Turkustan.az
xəbər verir ki, “Maktes Arms” şirkətinin istehal etdiyi T-AB1A modeli hücum, T-AB2A modeli isə yarımavtomat tüfəngidir.

T-AB1A modeli lülənin uzunluğunu itirmədən silahın ölçülərini azaltmaq imkanı verən “bullpup sxeminə” malikdir. Tüfəngin atəş sürəti dəqiqədə 600-700 mərmi təşkil edir.

T-AB2A modeli orta məsafələrdə dəqiq atəş üçün nəzərdə tutulub. Ənənəvi tərtibata malikdir, çəkisi 4,5 kiloqramdır.

Hər iki modelin NATO standartlarına cavab verdiyi, hərbi və xüsusi təyinatlılar tərəfindən istifadə ediləcəyi deyilir./publika.az


MANŞET XƏBƏRLƏRİ