ABŞ-dan sensasion açıqlama: Danışıqlardan çəkilə bilər - Rusiya çox şey istəyir


Donald Tramp administrasiyası Ukraynada müharibəyə son qoymaq üçün danışıqlarda Rusiyanın tələblərini həddindən artıq hesab edir.

Turkustan.az "The Hill"ə istinadən xəbər verir ki, bunu Vaşinqtonda Münhen sammitində çıxış edən ABŞ-ın vitse-prezidenti J.D.Vens bildirib.

"Mən deməzdim ki, ruslar həll yolu tapmaqda maraqlı deyillər. Lakin hazırda onlar müəyyən güzəştlər tələb edirlər və biz onların çox şey tələb etdiklərini düşünürük", - Vens deyib.

Vensin sözlərinə görə, Ağ Ev Ukraynanın 30 günlük atəşkəslə razılaşmağa hazırlığını müsbət qiymətləndirir, lakin bu təşəbbüs Rusiya tərəfində dəstək tapmayıb. Vitse-prezident qeyd edib ki, bu səbəbdən danışıqlarda müvəqqəti fasilənin müzakirəsi öz aktuallığını itirib. O vurğulayıb ki, Tramp administrasiyası hələ də sülh prosesində irəliləyiş gözləyir, lakin əks halda ABŞ vasitəçilikdə iştirakdan imtina edə bilər.

“Biz istərdik ki, ruslar və ukraynalılar danışıqlar masasına oturmaq üçün bəzi əsas prinsiplər üzərində razılaşsınlar”, - deyə Vens izah edib.

Onun sözlərinə görə, ABŞ bu prosesi dəstəkləməyə hazırdır, lakin əsas addım Kiyevlə Moskva arasında əlaqənin yaradılmasıdır. "Biz inanırıq ki, bu, irəliləmək üçün növbəti mühüm mərhələdir", - deyə o əlavə edib. Eyni zamanda, siyasətçi qeyd edib ki, danışıqların perspektivlərini qiymətləndirməkdə hələ ki, pessimist deyil./publika.az


MANŞET XƏBƏRLƏRİ