Tramp Zelenskidən istədiyini aldı: Putini nələr gözləyir? - ŞƏRH


ABŞ və Ukrayna arasında "Bərpa üzrə İnvestisiya Fondunun yaradılması" haqqında saziş, başqa adı ilə "mineral anlaşma" imzalandı. İmzalanan sənədin önəmli tərəfi odur ki, Ukraynanın bütün yeraltı və yerüstü sərvətlərinin Ukrayna dövlətinə aid olduğu göstərilir.

Sənədin heç bir yerində Trampın bəhs etdiyi Ukraynanın olan borcu və onun qaytarılmasından bəhs edilmir.

Bu sazişdən sonra, daha doğrusu, Tramp artıq istədiyini alandan sonra Putinə qarşı münasibəti dəyişdi və Ukraynaya silah yardımına davam edəcəyini bildirdi. Hətta Ukraynaya 50 milyon dollarlıq silah veriləcəyi ilə bağlı məlumat da yayıldı.Yəni, bununla da Ukrayna bir növ ABŞ-a sığınmış oldu.

Bəs bu proses sülhə necə təsir edəcək? Ümumiyyətlə, Putini nə gözləyir? Turkustan.az olaraq sualımızı siyasi şərhçi Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Ermənistan təxribatlara təhrik edilir

Tramp çox çalışdı ki, Rusiya ilə Ukrayna arasında vasitəçi olsun və Rusiya 30 günlük atəşkəsə getsin. Amma göründüyü kimi Rusiya tərəfi manipulasiya elədi və Trampın təkliflərini qəbul etmədi. Daha çox irəli gedərək ilkin şərtlərdən danışdı. Təbii ki, ilkin şərtlər də Ukraynanın Rusiyaya tamami ilə güzəşt edilməsidir. Yəni bir tərəfdən Tramp və komandası da bir növ bu danışıqlara getməklə Putinin Ukrayna ilə bağlı açıq mövqeyini də ortaya qoydular. Gördülər ki, Putin qəti sürətdə kompramisə, güzəştə getmir və Rusiyanın təklifləri Amerikanın təhlükəsizliyini, beynəlxalq müstəvidə apardığı siyasəti təhdid edir. Ona görə də Ukrayna ilə təbii ehtiyalar sazişi imzalandı. Bu saziş Vatikanda keçirilən Zelenski və Tramp görüşündə razılaşdırıldı. Deyim ki, uğurlu bir sazişdir və artıq ABŞ Ukraynanı bir dövlət kimi təminətsız və zəmanətli dəstəkləyəcək. Artıq 50 milyon dollarlıq hərbi paket də ayrıldı. Baxmayaraq ki, Tramp gələndən Ukraynaya hərbi yardımlar edilmir. Getdikcə Ukraynaya daha da ciddi dəstək olacaq. Təbii ki, Rusiyaya qarşı sanksiyalar paketi qəbul edilib. Bank, neft, qaz sektoru və digər sahələr üzrə sanksiyalar tətbiq ediləcək və ABŞ- Rusiya qarşı durması daha böhranlı vəziyyətə gələcək. Burada itirən əlbəttə ki, Rusiya tərəfidir. Yəni ABŞ-Ukrayna sazişi çox müsbətdir. Bu Ukraynanın siyasi qələbəsidir. ABŞ Ukraynanın təhlükəsizliyinə zəmanət verir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ