Zelenskidən etiraf: Trampla Vatikandakı görüşümüz ən yaxşı görüş idi


Ukrayna prezidenti Vladimir Zelenski Vatikanda ABŞ prezidenti Donald Trampla keçirdiyi görüşün iki lider arasında əvvəlki görüşlər arasında ən yaxşısı olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında jurnalistlərin Rusiya-Ukrayna müharibəsi ilə bağlı suallarını cavablandırıb.

İkinci Dünya Müharibəsində Qələbənin 80-ci ildönümündə Rusiyanın 8-11 may tarixlərində müvəqqəti atəşkəs elan etməsinə toxunan Zelenski, Moskvanın bunu yalnız 9 May paradının təhlükəsizliyi üçün etdiyini müdafiə etdi və dedi: “Bu Putinin daha çox teatr səhnəsidir”.

Mərasimə qatılacaq əcnəbilərin təhlükəsizliyinə təminat verə bilməyəcəklərini deyən Zelenski, "Mayın 9-da (Moskvaya) gedəcək bütün ölkələrə (ölkə nümayəndələri) münasibətdə mövqeyimiz çox sadədir. Rusiya Federasiyası ərazisində baş verənlərə görə məsuliyyət daşıya bilmərik. Onlar sizə təhlükəsizliyi təmin edirlər, ona görə də biz sizə heç bir zəmanət verməyəcəyik. Çünki Rusiyanın bu tarixlərdə nə edəcəyini bilmirik"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ