Yollar bağlandı, qatarlar gecikdi - Qonşu ölkədə CİDDİ PROBLEM


Moskva vilayətində güclü qar yağışı nəticəsində bir çox ağaclar avtomobillərin üzərinə aşıb.

Turkustan.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində bəzi nəqliyyat vasitələri zədələnib.

Bəzi ağacların dəmir yolu relslərinə düşməsi səbəbindən yollar bağlanıb, şəhərətrafı qatarların hərəkətində gecikmələr müşahidə olunub. Fövqəladə xidmətlər hadisə yerində təmizləmə işlərini davam etdirir. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ