Turkustan.az-ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəni dayandırmaq üçün güzəştə getməyə məcbur olacaq.
“Putin çox hiyləgər və ağıllı adamdır”, — deyə Tramp Kremlin rəhbəri haqqında danışıb. Onun sözlərinə görə, Putin bu müharibəni bitirmək niyyətində olmayıb: “Biz danışdıq və düşünürəm ki, razılaşma əldə edəcəyik. Əgər məni seçməsəydilər, o, Ukraynada irəliləməyə davam edəcəkdi”.
Putinin güzəştə gedib-getməyəcəyi ilə bağlı suala isə Tramp qısa cavab verib: “Bəli, o, güzəştə gedəcək. O, məcbur olacaq”. /musavat.com/