ABŞ alyansdan çıxmasa belə, Donald Tramp NATO-nu parçalaya bilər.
Turkustan.az xəbər verir ki, bu barədə “Nyusvik” jurnalında yayılan məqalədə bildirilib.
Qeyd olunub ki, Tramp NATO-nu tərk etmədən alyansı parçalayacaq bir neçə yolla gedə bilər.
Böyük Britaniyanın Ekseter Universitetinin beynəlxalq təhlükəsizlik və strategiyası kafedrasının dosenti Devid Blaqden inəşrə açıqlamasında vurğulayıb ki, ABŞ üçün qeyri-rəsmi proses daha asan olardı:
“Tramp administrasiyası sadəcə olaraq ABŞ-ın 5-ci maddə üzrə öhdəliklərini yerinə yetirməyəcəyinə işarə etməlidir və bununla da NATO-nun etibarı faktiki olaraq öləcək”. /konkret.az/