İrəvanın mərkəzində yerləşən Fransa meydanından qondarma “Artsax” bayrağının götürülməsi Ermənistanda yeni müzakirələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, bu barədə vaxtilə Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yaşamış qondarma hüquq müdafiəçisi Nare Simonyan məlumat yayıb.
Onun sözlərinə görə, bayraq 2022-ci ildə keçirilən “Müqavimət” hərəkatının aksiyaları dövründən etibarən meydanda asılmış vəziyyətdə idi. Simonyan bildirib ki, bayrağın endirilməsi hakimiyyətin Qarabağ məsələsinə münasibətinin növbəti təzahürüdür.
Hüquq müdafiəçisi qeyd edib ki, seçkilərdən sonra Qarabağ mövzusuna qarşı aparılan siyasət daha açıq şəkildə hiss olunur və son addım da bunun davamı kimi qiymətləndirilir.
Nare Simonyan hakimiyyətin Qarabağla bağlı simvolları ictimai məkanlardan mərhələli şəkildə uzaqlaşdırdığını bildirib./Musavat.com