İranın danışıqlar aparan nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın təhdidlərinə etiraz əlaməti olaraq danışıqların keçirildiyi məkanı tərk edib.
Turkustan.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, nümayəndə heyəti Trampın son bəyanatlarından sonra bu qərarı qəbul edib.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə "X" hesabında paylaşımı ilə diqqət çəkib.
Spiker ABŞ-nin təhdidlərini əhəmiyyətsiz saydıqlarını bildirib.
“Onlar özlərindən soruşmurlarmı ki, əgər təhdidlərinin nəticəsi olsaydı, bu gün düşdükləri çıxılmaz vəziyyətə gəlib çatardılarmı? Biz amerikalıların təhdidlərini ciddi hesab etmirik”, - deyə o yazıb.
Qalibaf əlavə edib ki, ABŞ rəsmiləri səsləndirdikləri bəyanatlara diqqət etməlidirlər.
“Yaxşı olar ki, açıqlamalarına nəzarət etsinlər. Silahlı qüvvələrimiz onlara başqa cür cavab verməyə hazırdır. Nə qədər danışsalar da, biz öz yolumuzla hərəkət edəcəyik”, - deyə İran parlamentinin sədri vurğulayıb./modern.az
xxx
İranın ABŞ ilə İsveçrədə danışıqlarda iştirak edən nümayəndə heyəti Vaşinqton adminsitrasiyasının rəhbəri Donald Trampın təhdidlərinə etiraz olaraq danışıqların keçirildiyi məkanı tərk edib.
Turkustan.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.
Hazırda dnaışıqların dayandırıldığı, onun gələcək taleyinin qeyri-müəyyən olduğu bildirilir.
Qeyd edək ki, "Al Hadath" telekanalı isə İranın ABŞ-ın imzalanmış anlaşma memorandumunun qarşılıqlı təhdidlərin yolverilməzliyini ehtiva edən birinci bəndini yerinə yetirməsi tələbini irəli sürdüyünü bildirir.
Bundan öncə ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini bəyan edib./publika.az