İranla razılaşma olmasa, ABŞ Hörmüzdən keçən gəmilərdən rüsum alacaq - Tramp


Vaşinqton və Tehran yekun razılığa gələ bilməsələr, ABŞ Hörmüz boğazından keçən gəmilər üçün rüsum almağa başlaya bilər.

Turkustan.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Truth Social-da yazıb:

"60 günlük atəşkəs müddətində Hörmüz boğazından keçən gəmilər üçün rüsum olmayacaq və ABŞ bunu etmədikcə, bu 60 gündən sonra da rüsum olmayacaq".

O, rüsum alınmasının ABŞ və İran arasında "razılaşma əldə edilməzsə" mümkün olacağını qeyd edib.

Trampın sözlərinə görə, Amerika tərəfi bu addımı təhlükəsizlik sahəsində "Yaxın Şərq ölkələrinə göstərilən xidmətlərə görə", eləcə də "keçmiş, indiki və gələcək xərclərə görə" kompensasiya almaq üçün ata bilər./Musavat.com


MANŞET XƏBƏRLƏRİ