Ermənilər indi də Ordubada göz dikdilər: "Qədim şəhərimizdir, əsl adı "Vortuat"dır" - FOTO


Ermənistanın revanşist ekspertlərindən olan, iranşünas Vardan Voskanyan növbəti dəfə sərsəm iddialar səsləndirib.

Turkustan.az xəbər verir ki, o, iyunun 18-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalından hiddətləndiyini gizlətməyib. O, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərlinin konqresdəki haqlı çağırışını isə radikal şəkildə cavablayıb. Voskanyan deputatın 300 min azərbaycanlı qaçqının və onların övladlarının geriyə qayıdış hüququnun tanınması və təmin edilməsi ilə bağlı fikrini tənqid edib və Naxçıvan haqda anormal, uydurma "tarixdən" danışıb.

"Xüsusən də adı təhrif olunaraq Ordubad adlandırılan işğal olunmuş qədim Ermənistan şəhəri sayılan Vortvatda belə insanların yaşamasına icazə vermək "qədim" erməni sivilizasiyasının varisləri olan bizlər üçün böyük bir ayıbdır. Təqdim etdiyim fotoda 20-ci əsrin əvvəllərində çıxmış "Mşak" qəzetinin bir səhifəsi əks olunub. Orada göstərilir ki, hətta o zaman da "Vortvat" sözü erməni dilində yazılırmış. Klassik yazılış forması isə "Vortuat" olub",- deyə radikal ekspert ermənilərin indi də Ordubada iddialı olduqlarını gizlətməyib.

Qeyd edək ki, Voskanyan tez-tez revanşist açıqlamaları ilə diqqət çəkir. Onun təqdim etdiyi qondarma qəzet səhifəsi isə daha çox hansısa ofisdə çap olunmuş adi kağız parçasına bənzəyir.../publika.az

Photo


MANŞET XƏBƏRLƏRİ