Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi – Anbaan video


Bakıda ağır yol-nəqliyyat hadisəsi olub.

Turkustan.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkədə yayılıb.

Məlumata görə, dünən saat 18:49-da Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana yolunda 214 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 10 TG 815 dövlət qeydiyyat nişanlı avtobus piyadanı vurub.

Belə ki, yaşlı qadın digər avtobusdan düşərkən arxadan gələn nəqliyyat vasitəsi onu vurub, daha sonra üstündən keçib.

1951-ci il təvəllüdlü Bağda Sovin qızı aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


MANŞET XƏBƏRLƏRİ