UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçı start götürüb.
Turkustan.az xəbər verir ki, qarşılaşma "Sent-Ceyms Park" stadionunda keçirilir.
Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edir.
***
Tonali 5-ci dəqiqədə meydan sahiblərini hesabda önə çıxardı: 1-0.
***
Joelinton 6-cı dəqiqədə fərqi artırdı: 2-0.
***
Duran 50-ci dəqiqədə fərqi azaltdı: 2-1.
***
Botman görüşün 52-ci dəqiqəsində fərqi yenidən artırdı: 3-1.
***
Yankoviç 58-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməsə də, qapıçıdan qayıdan topu Elvin Cəfərquliyev qapıdan keçirməyi bacardı: 3-2.