09 Noyabr tarixondə Bakl İdman sarayında – İdman, dostluq və qardaşlıq ruhunun yüksək olduğu möhtəşəm bir görüşdə Azərbaycan Milli Komandası Türkiyənin Nəsibə Aydın Super Liqa A-Komandasını qəbul etdi. Azərbaycanın əlamətdar Bayraq Günü münasibətilə təşkil olunan bu xüsusi dostluq oyunu idman həyəcanı ilə birlik mesajını bir araya gətirdi.
Hədəf liseyi Stars Campusun tərəfdaşlığı ilə baş tutan görüşdə qonaq Nəsibə Aydın komandası, qardaşlıq simvolu olaraq, Hədəf Stars forması ilə meydana çıxdı.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyun 93-89 hesabı ilə qardaş komandanın, yəni Nəsibə Aydın Super Liqa A-Komandasının qələbəsi ilə yekunlaşdı.
Oyunun sonunda Türkiyə komandasının rəhbərliyi tərəfindən Azərbaycan Basketbol Milli Komandasının rəhbərliyinə xüsusi təqdimat oldu. Nəsibə Aydın Basketbol Komandasının Prezidenti Mirkan Aydın Şəmil Sadiqə xatirə plaketi və komandanın forması təqdim edildi. Bu jest, iki ölkə arasındakı sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin idman vasitəsilə bir daha təsdiqlənməsi kimi qiymətləndirildi.

















